07/07/2020 00:51
728 x 90

Türkiyənin Afrikaya tibbi yardım göndərdiyi təyyarənin üzərində görün nə yazıldı – “Hər ümidsizliyin ardında necə ümidlər var...”

img

 

COVİD-19 epidemiyasından zərər çəkən Afrika ölkələrindən biri olan Nigerə tibbi yardım aparan hərbi təyyarə Ankaradan havaya qalxıb.

Baki-xeber.com-un xəbərinə görə, Türkiyənin yeni növ koronavirus (COVİD-19) epidemiyasından zərər çəkən ölkələrə tibbi ləvazimat yardımları davam edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişilə Türkiyə COVİD-19-la mübarizəyə dəstək məqsədilə Nigerə maska, qoruyucu kombinezon və eynək göndərib.

Səhiyyə Nazirliyi tərəfindən hazırlanan ləvazimatlar “Etimesgut” hərbi aerodromunda Türkiyə Silahlı Qüvvələrinə məxsus A-400M tipli nəhəng təyyarəyə yüklənib.

Nigerə yola düşmək üçün havaya qalxan təyyarənin apardığı yüklərin üzərində Mövlanənin türkcə və fransızca “Ümidsizliyin ardında necə ümidlər var, qaranlığın ardında necə günəşlər var” sözləri yazılıb.

 

 

 

Son xəbərlər