Ermənistanda koronavirusa yoluxanların sayı 10 009 nəfərə çatıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 517 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 158 nəfər koronavirusdan ölüb, 6 424 nəfərin müalicəsi isə davam edir.