15/07/2020 05:28
728 x 90

Putin Əsəddən Rusiya Ordusu üçün Suriyada əlavə yer və dəniz sahəsi istədi

img

Rusiya prezidenti Vladimir Putin Suriyada Müdafiə və Xarici İşlər nazirliklərinə Suriyadakı Rusiya silahlı qüvvələrinə əlavə yer və dəniz sahəsi ayrılması üçün Suriya rəsmiləri ilə danışıqlar aparmaq tapşırığı verib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Putinin əmri hüquqi məlumat portalında yerləşdirilib.

Qərara əsasən əlavə yerlərin ayrılması üçün 2015-ci ildə Rusiya ilə Suriya hökuməti arasında imzalanan müqavilə çərçivəsində danışıqlar aparılacaq.

Rusiya ilə Suriya hökuməti arasında 26 avqust 2015-ci ildə imzalanan müqavilə Rusiya təyyarələri və əsgərlərinin Hmeymim bazasında qeyri-müəyyən müddətə yerləşməsini nəzərdə tutur.

Razılaşmaya əsasən, Rusiya Hmeymim bazasından istifadəyə görə, heç bir ödəniş etmir.

Bazaya yerləşdiriləcək təyyarə, heyət və təchizat Rusiya tərəfindən müəyyənləşdirilir, Hmeymim bazasına gətiriləcək avadanlıq vergi və gömrük nəzarəti altına alınmır.

Burada yerləşdirilən rusiyalı personal və ailələri diplomatlara bənzər imtiyazlara və toxunulmazlıqları sahibdirlər. Suriya buradakı fəaliyyətinə görə Rusiya dövləti və personalına qarşı hər hansı iddia qaldıra bilmir.

Rusiya ordusu Suriyada Hmeymim hava bazası ilə yanaşı, hərbi dəniz bazası kimi Tartus limanını da istifadə edir.

Son xəbərlər