12/07/2020 03:00
728 x 90

Tramp sosial medianı bağlamaqla təhdid etdi - İfadə azadlığının boğulmasına icazə verməyəcəm

img

ABŞ Prezidenti Donald Trampla Twitter sosial media platforması arasında gərginlik yaranıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial media platformalarını bağlamaqla hədələyib.

Qeyd edək ki, Trampın ABŞ-da noyabr ayında keçiriləcək seçkilərdə poçt yolu ilə səsvermə prosesilə bağlı göndərdiyi tvitlər Twitter tərəfindən "səhv məlumat" kimi işarə edilib, bəzi tvitlərinə isə "məlumatı təsdiq et" etiketi əlavə edilib.

"Twitter"i "ifadə azadlığını məhdudlaşdırmaq" və "2020 seçkilərinə müdaxilə etmək"də ittiham edən Tramp isə, sosial media platformasının 2020 seçkilərinə müdaxilə etdiyini, lakin bir prezident olaraq "ifadə azadlığının boğulmasına” icazə verməyəcəyini söyləyib.

Bu gün isə ABŞ Prezidenti sosial media platformalarını bağlamaqla hədələyib.

"Mühafizəkar qruplar sosial media platformalarının onların səslərini susdurmağa çalışdığına inanırlar. Sosial media üçün yeni qaydalar tətbiq edəcəyik və ya tamamilə bağlayacağıq” – Tramp deyib.

Son xəbərlər