ABŞ-da koronavirusdan ölənlərin sayı 100 minə çatır…

Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan və dünyaya yayılan yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 5 milyon 503 min 804-ə çatıb, ölənlərin sayı isə 346 min 775-ə yüksəlib.
Baki-xeber.com xəbər verir ki, ABŞ ən çox yoluxma və ölüm sayına görə dünyada ilk sırada yer alır.
Bu günə qədər ölkədə 1 milyon 688 min 739 nəfər COVİD-19-a yoluxub. Ölkədə ölənlərin sayı isə 100 minə yaxınlaşır. Açıqlanan son rəqəmlərə görə, ölənlərin sayı 24 saatda 650 nəfər artaraq 99 min 356-ya çatıb.
ABŞ-ı 365 min 213 yoluxma ilə Braziliya, 353 min 427 yoluxma ilə Rusiya, 282 min 852 yoluxma ilə İspaniya izləyir.