Moldovanın daxili işlər nazirində də koronavirus aşkarlandı

Moldovanın daxili işlər naziri Pavel Voyku koronavirus infeksiyasına yoluxub. Baki-xeber.com xaici mediaya istinadən xəbər verir ki, bu barədə nazir özü mətbuata açıqlama verib.
“Mayın 2-də koronavirusun yüngül formasına tutulduğum təsdiqləndi. Hazırda evdə özünütəcrid formasında müalicə alıram” – deyə daxili işlər naziri P.Voyku bildirib.
Qeyd edək ki, son məlumata görə, Moldovada 3980 nəfər korona virusuna yoluxub, onlardan 1004-ü tibb işçisidir. 1334 nəfər müalicə olunaraq evə buraxılıb, 124 nəfər isə ölüb.