27/05/2020 13:07
728 x 90

Suriyada ABŞ-Rusiya gərginliyi… Bu dəfə ruslar amerikalıların yolunu kəsdi

img

Suriyanın şimal-şərqində ABŞ-Rusiya qarşıdurmasına səhnə olan Haseke vilayətinin Kamışlı rayonunda növbəti dəfə gərginlik yaranıb. Əvvəllər dəfələrlə ABŞ qüvvələri tərəfindən yolları kəsilən Rusiya hərbçiləri bu dəfə Amerika əsgərlərinin qarşısını kəsiblər.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə türk ordusunun son əməliyyatından sonra ABŞ əsgərlərinin bölgəyə ilk dəfə patrul göndərməsindən sonra baş verib.

Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ əsgərlərini daşıyan 10 zirehli maşın Hasekedəki Rumeylan-Kamışlı xəttində patrul xidməti apararkən, rayon mərkəzindən 20 kilometr şərqdə Hazna qovşağında 9 zirehli maşınla gözləyən Rusiya əsgərləri tərəfindən dayandırılıb. Ruslar tərəfindən qarşısını kəsilən ABŞ hərbçiləri Kamışlının şimal-şərqindəki Rumeylana geri dönməyə məcbur qalıblar.

Amerikalı əsgərləri sözügedən ərazidən ayrıldıqdan sonra ABŞ-ın bölgədə uçuş keçirən 2 döyüş təyyarəsi də ərazidən uzaqlaşıb.

Qeyd edək ki, yanvar ayından bəri Rumeylan neft sahəsinə yaxınlaşmağa çalışan Rusiya hərbçiləri dəfələrlə ABŞ əsgərlərinin maneəsi ilə qarşılaşıb. Son insidentdən sonra isə, rus əsgərləri ilk dəfə Amerika əsgərlərinin qarşısını kəsərək qisas alıblar.

Son xəbərlər