27/05/2020 13:28
728 x 90

Rusiyada korona kabusu yeni başlayır, virus orduya da sıçradı - minlərlə əsgər xəstəxanalara yatırıldı

img

Dünyanın ən böyük probleminə çevrilən koronavirus (COVID-19) pandemiyası, Avropanın və dünyanın bir çox yerində insanların ölümünə səbəb olur. Dünyada 3 milyon 450 mindən çox insanın yoluxduğu, 240 mindən çox insanın ölümünə səbəb olan koronavirus sürətlə yayılmaqda davam edir.

Baki-xeber.com xəbər verir ki, Çində başlayan və İtaliya və İspaniya kimi ölkələrdən mərkəzi ABŞ-a keçən koronavirus epidemiyası Rusiyada da sürətlə yayılmaqdadır.

Ölkədə son 24 saat ərzində 10 633 yoluxma qeydə alınıb. Bu artımın bu günə qədər ölkədə gündəlik qeydə alınan ən yüksək rəqəm olduğu bildirilir. Bununla da ölkədə yoluxanların sayı 134 min 686-ya, ölənlərin sayı isə 280-ə yüksəlib.

Bütün ölkəyə yayılan virusla bağlı indiyə kimi 4 milyondan çox test aparılıb.

Digər tərəfdən, koronavirus Rusiya ordusunda da sürətlə yayılır. Bugünə qədər 4 mindən çox rus əsgərində koronavirus aşkarlanıb.

Son xəbərlər