27/05/2020 14:06
728 x 90

Koronaya yoluxub sağalan Britaniya baş naziri yaşadıqlarını ilk dəfə anlatdı – “Həkimlər ölümümü elan etməyə hazırlaşırdı”

img

Bir müddət əvvəl koronavirus infeksiyasına yoluxan və xəstəxanaya yerləşdirilən Böyük Britaniyanın baş naziri Boris Conson həmin dövrdə yaşananları ilk dəfə açıqlayıb.

Baki-xeber.com xəbər verir ki, Conson müalicə olunduğu zaman həkimlərin onunla bağlı xüsusi planlarının olduğunu deyib.

“The Sun” açıqlama verən Conson həyatını xilas etdikləri üçün Londondakı St Thomas xəstəxanasının həkimlərinə təşəkkür edib.

Bir müddət reanimasiyada saxlanan baş nazir Conson həkimlərin hətta onun öldüyünü elan etməyə hazırlaşdıqlarını da söyləyib. O, koronavirusdan müalicə aldığı zaman litrlərlə oksigen aldığını deyib: "Çətin və qəribə bir an idi. Mən bunu inkar etməyəcəyəm. Həkimlər "Stalinin ölümü" kimi bir ssenari ilə qarşı-qarşıya idilər və bunun üçün bir strategiya hazırlamışdılar".

"Yaxşı vəziyyətdə deyildim. Fövqəladə planlar hazırlandığından xəbərdar idim. Həkimlər işlər pisləşəcəyi halda nələrin ediləcəyinə dair bütün hazırlıqları tamamlamışdılar" – deyən Conson, koronavirus testi müsbət çıxdıqdan sonra əvvəl vəziyyətin nə qədər ciddi olduğunu başa düşmədiyini və xəstəxanaya da getmək istəmədiyini söyləyib.

Conson, sonrakı mərhələlərdə nə vaxtsa öləcəyini düşündüyünü və yaxşılaşdıqdan sonra isə daha çox əziyyət çəkən insanlar olduğu üçün özünü şanslı hiss etdiyini dilə gətirib.

Son xəbərlər