27/05/2020 13:41
728 x 90

Qazaxıstanda nə baş verir... Tokayev Nazarbayevin qızını vəzifədən azad etdi

img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Parlament Senatının spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat xidməti yayıb. 

Qərarın səbəbi hələ ki, açıqlanmayıb. Eyni zamanda, dövlət başçısı səmərəli fəaliyyətinə görə Nazarbayevaya "Twitter" səhifəsində minnətdarlığını bildirib.

Qazaxıstan Konstitusiyasına görə, Senatın spikeri vəzifəsi prezident postundan sonra ikincidir. Dövlət başçısının vəzifəsindən vaxtından əvvəl azad edilməsi və ya kənarlaşdırılması, habelə ölümü halında onun qalan səlahiyyət müddəti Senatın sədrinə keçir.

Dariqa Nazarbayeva 2019-cu ilin martında dövlət başçısı səlahiyyətlərini dayandırmış Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. O, 2016-cı ilin sentyabrından Parlament Senatının deputatıdır və 2019-cu ilin martında spiker seçilib. 2019-cu ilin avqustunda Tokayev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Nazarbayevanı yenidən Senatın deputatı təyin edib.

Son xəbərlər