27/05/2020 14:23
728 x 90

Türkiyə İsveçdə müalicəyə alınmayan vətəndaşı üçün təcili yardım təyyarəsi göndərdi...

img

Türkiyənin səhiyyə naziri Koca İsveçdə COVİD-19 testi müsbət çıxmasına baxmayaraq müalicə edilməyən Əmrullah Gülüşkən üçün təcili tibbi yardım təyyarəsi göndərilməsi ilə bağlı tapşırıq verib.

Baki-xeber.com-un xəbərinə görə, İsveçin Malmö şəhərində yeni tip koronavirüs (COVİD-19) testi müsbət çıxmasına baxmayaraq müalicə edilməyərək evə göndərilən 47 yaşındakı Əmrullah Gülüşkənin qızları Samirə və Leyla Gülüşkənlərin sosial şəbəkədən yayımladığı yardım çağırışına Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca cavab verib.

Samirə Gülüşkən sosial şəbəkədən paylaşdığı “Ailəmlə birlikdə İsveçdə yaşayırıq. Atam 11 gün əvvəl hərarəti yüksəlib təngnəfəs olmağa başladı, narahat olduq, xəstəxanaya zəng etdik, amma təəssüf ki, gəlmədilər. Hər gün dəfələrlə zəng etməyimizə baxmayaraq, heç bir nəticə əldə etmədik” mesajıyla kömək istəmişdi.

Türkiyənin Stokholmdakı səfirliyi ilə Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığı ilə yanaşı, səhiyyə naziri Fəxrəddin Koca da Samirə Gülüşkənə zəng edərək 47 yaşındakı atası Əmrullah Gülüşkənin vəziyyəti ilə bağlı məlumat alıb.

Keçmiş olsun diləklərini çatdıran nazir Koca Ə.Gülüşkənin 4 uşağı ilə birlikdə Türkiyəyə gətirilməsi üçün təcili tibbi yardım təyyarəsi göndərilməsi ilə bağlı tapşırıq verib.
Ə.Gülüşkənin uşaqları Samirə, Leyla, Əmir Əli və Mahmudla birlikdə təcili tibbi yardım təyyarəsi ilə İsveçdən Antalyaya gətiriləcəyi bildirilib.

Qeyd edək ki, Leyla Gülüşkən atasının 13 gün əvvəl xəstələndiyini və xəstəxanaya zəng etmələrinə baxmayaraq müsbət cavab ala bilmədiklərini, atasının vəziyyəti ağırlaşmağa başladıqda yenidən xəstəxanaya zəng etdiklərini söyləmişdi:“Həkim evə gələrək atamı yoxladıqdan sonra təcili tibbi yardım çağıraraq xəstəxanaya aparılmasını istədi. Xəstəxanaya yerləşdirildikdən sonra Kovid-19 diaqnozu qoyuldu. Buna baxmayaraq atamı evə göndərdilər. Atamın vəziyyəti daha da pisləşdiyi üçün təcili yardım çağırdıq. Təcili tibbi yardım gəldi, ancaq zəng etdiyimiz üçün bizi danladılar. Bu xəstəliyə qarşı bir şey edə bilməyəcəklərini söylədilər. Biz də bu xəstəliyin müalicəsi olmadığını, amma atamın xəstəxanada yatmalı olduğunu, bizim sağlamlığımızın da təhlükəyə atıldığını dedik.”

Son xəbərlər