Yeni növ koronavirusa (COVİD-19) yoluxma və ölənlərin sayına görə dünya üzrə ilk sırada yer alan ABŞ-da vəziyyət günü-gündən pisləşir.
Baki-xeber.com xəbər verir ki, ABŞ-da koronavirusdan həyatını itirənlərin sayı 50 mini keçib, yoluxanların sayı isə bir milyona yaxınlaşır.
Con Hopkins Universitetinin paylaşdığı məlumatlara görə, ölkədə ölənlərin sayı 51 min 17-ə çatıb. Ölkədə COVİD-19-a yoluxanların sayı isə 890 min 524-ə çatıb.
Nyu York ölkədə ən çox yoluxma və ölüm hadisələrinin qeydə alındığı ştat kimi önə çıxır. Əyalətdə bugünə kimi 271 min 590 yoluxma, 21 min 349 ölüm qeydə alınıb.
ABŞ-ın koronavirusdan ən çox təsirlənən ikinci əyaləti Nyu Cersidə yoluxmaların sayı 100 mini keçib. Ştatda korona xəstələrinin sayı 102 min 106, ölənlərin sayı isə 5 min 617-yə çatıb. Beləliklə, Nyu Cersi, ABŞ-da Nyu Yorkdan sonra 100 mini aşan ikinci ştat oldu.