Bazar ertəsi günü, 09 noyabr 2026
     

ABŞ və İran neft qiyməti ətrafında yeni müharibə oyunu qurur - Tramp İran hərbi gəmilərinə atəş açmaq əmri verdi, SEPAH komandiri "cavabı veriləcək" dedi...

Image


Bu gün koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr sırasında yer alan ABŞ və İran yenidən hərb müstəvisində bir-birinə qarşı sərt, hədələyici mövqe sərgiləyir. Səslənən fikirlərdən belə bəlli olur ki, tərəflər istənilan an Fars körfəzində savaşa başlaya bilərlər. Amma məsələnin mahiyyəti barədə danışan ekspertlər burada həm də neftlə bağlı böyük bir oyunun getdiyini bildirir. Özü də bu oyun indi bütün tərəflər üçün olduqca vacib sayılır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu günlərdə Fars körfəzi sularında Birləşmiş Ştatlar donanmasına aid gəmilərin İran İnqilab Keşikçiləri Korpusuna məxsus sürət katerləri tərəfindən sıxışdırılmasının ardınca İran hərbi gəmilərinə atəş açmaq əmri verib.  Tramp bu haqda özünün “Tvitter” səhifəsində yazıb: “Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə Amerika gəmilərini dənizdə təqib edən İran hərbi gəmilərinə atəş açmaq və məhv etmək göstərişi vermişəm”. Tehranın da cavabı özünü çox gözlətməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Hüseyn Səlami ölkəsinə məxsus mülki və ya hərbi gəmilərə təhdid törədəcəyi halda, ABŞ-a aid hərbi gəmilərin vurulması əmrini verib. General-mayor bildirib ki, ölkəsinin ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı təhdidlərə qətiyyətli və sərt şəkildə cavab veriləcək:"Biz də hərbi dəniz qüvvələrimizə, mülki və ya hərbi gəmilərimizə təhdid törədəcəyi halda, ABŞ-a aid hərbi gəmilərin vurulması əmrini vermişik. Fars Körfəzi bizim üçün strateji əhəmiyyətlidir". İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Donald Trampın İran gəmilərini batırmaq əmrinə maraqlı münasibət sərgiləyib:“ABŞ hərbçiləri arasında 5 000-dən artıq COVID-19-a yoluxma halı var. Donald Tramp Səddam terrorçularının alqışladığı hədələri yaymaqdansa, onların ehtiyacları ilə məşğul olsa, daha yaxşı olardı. Bundan başqa, öz Fars körfəzimizdə dənizçilərimizi təhrik edən ABŞ qüvvələrinin evlərinin 7 000 milliyində işi yoxdur”. Məsələ ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi qeyd edib ki, ABŞ-ın Fars körfəzindəki hərbi gəmiləri beynəlxalq qanunları pozaraq təhrikedici hərəkətlərə yol verir. Bu gəmilər İranın təhlükəsizliyi üçün təhrikedici hərəkətlərə yol verməyə davam etsələr, ağır cavab alacaqlar.

Artıq Fars körfəzində ABŞ-ın əlavə hərbi texnika cəmləşdirməsinə dair məlumatlar da var. Lakin ekspertlər iki ölkə arasında bu hərbi gərginliyin, əslində neftin qiymətlərini yüksəltmək üçün daha bir gediş olmasına dair fikirlər səsləndirir. Məlumdur ki, hər dəfə ABŞ-İran müharibəsi gündəmə gələndə neft qiymətləri sıçrayır. Indiki halda isə bu, ABŞ və İran üçün vacib əhəmiyyər kəsb edir. Rusiyanın "Valday" diskussiya klubunun eksperti Fərhad İbrahimov da məsələyə elə bu prizmadan yanaşır: "Burada bir neçə nüans var. Birincisi, hazırda Tramp və onun administrasiyası sürətlə yayılan və Amerikanın tam inkişaf etməsinə imkan verməyən koronavirus səbəbindən daxili siyasi planda kifayət qədər mürəkkəb bir vəziyyətdədir. İndi Trampın mövqeyi istənilən səviyyədə deyil və xarici siyasət sahəsində ona müəyyən uğurlar qazanmaq lazımdır. Bu mənada İran rahat hədəfdir və Tramp Yaxın Şərqdə mövcud olan bütün problemlərə görə yenə də ona ilişir və onu ittiham edir". Onun fikrincə, İranın bu günlərdə Amerikanın humanitar yardımını nümayişkaranə şəkildə qəbul etməməsi də ABŞ prezidentini qıcıqlandırıb. Ekspert hesab edir ki, bununla yanaşı daha bir səbəb də var: "Əlbəttə ki, burada neftin qiymətinin düşməsi ilə bağlı iqtisadi bir aspekt də var. Belə bir ehtimal var ki, Tehran və Vaşinqton arasında bu cür kəskinləşmə neftin qiymətinin yenə artmasına imkan verəcək. Bu ilin yanvarında olduğu kimi. Həmin vaxt prezident Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsi barədə əmr vermişdi. Güman ki, Tramp administrasiyası indi öz reytinqini artırmağa, həmçinin neftin qiymətinin yenidən qalxmasına çalışır".

Digər rus ekspert İvan Danilov hesab edir ki,  aşağı qiymət üzündən  ABŞ və Kanadanın neft hasilatçıları  kifayət qədər ağır durumdadır və bu da Trampı ciddi narahat edir: “Neftin mənfi qiymətləri ilə bağlı hazırkı misli görünməmiş vəziyyət neft bazarının gələcəyi barədə heç nə deməsə də, OPEC+ neft alyansına üzv ölkələrlə əməkdaşlıq etmək istəməyən Amerika şist şirkətlərinin ambisiyalarını necə tənzimləmək barədə çox şey deyir. Neft müharibəsində kimin və necə qalib gəlməsi məsələsinə qayıtsaq, Kanadanın "Financial Post" nəşrinin Kanada Kral Bankının  və nüfuzlu "Rystad Energy" konsaltinq şirkətinin dəyərləndirmələri əsasında verdiyi şərhi qeyd etmək olar: "Kim qalib gəlir? Şimali Amerikada məcburən ixtisar edilmiş neft hasilatı OPEC ölkələrində olduğundan beş dəfə artıq ola bilər... Şimali Amerikanın neft hasilatçıları əzilirlər, çünki gözlənilir ki, neft seli qiymətləri uzun müddət aşağı səviyyədə saxlayacaq. "RBC Capital Markets" ABŞ-da şist neft hasilatının sutkada 1,5 milyon barrel azalacağını gözləyir... OPEC-in üzvləri arasında isə yalnız İraq sutkada 300 min barrel və Venesuela sutkada 275 min barrel ixtisar etmək məcburiyyətində qalacaq. İndiyə qədər ruslar və səudiyyəlilər bazar payı üçün müharibəni qazanırlar. Lakin bu onlara baha başa gəlir, çünki OPEC ölkələrinin əksəriyyəti yüksək neft qiymətindən böyük dərəcədə asılıdır... "RBC" və "Rystad" tərəfindən alınmış məlumatlara görə, ümumiyyətlə, Şimali Amerikada hasilat bu il ərzində sutkada 2,64 milyon barrel azala bilər. OPEC-in  ixtisar həcmləri isə sutkada 575 min barrel təşkil edir".

Donald Tramp şist şirkətlərinə kömək etməyi vəd edir, lakin o artıq bunu əvvəllər də vəd edib və ABŞ Konqresindəki siyasi rəqibləri ona bunu etməyə imkan verməyiblər. Onlardan bəziləri hətta açıq şəkildə neftçilərin kütləvi işdən çıxarılmasına və neftin qiymətinin çökməsinə sevinir. Yaxın aylarda neft bazarının qiymət konyunkturasını proqnozlaşdırmaq mümkün deyil, amma epidemiya onsuz da bitəcək ki, bu da tələbatın bərpasına və qiymətlərin artmasına səbəb olacaq. Lakin Qərb mənbələrinin də haqlı olaraq qeyd etdiyi kimi, ABŞ və Kanadanın neft hasilatçılarının kifayət qədər əhəmiyyətli hissəsi o vaxta sadəcə "sağ" çıxmayacaq”. Amma İranla müharibə imitasiyası vəziyyəti tam dəyişdirə bilər və elə həm Vaşinqtona, həm də Tehrana bu indi sərfəli görünür.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ