Dünyada koronavirus epidemiyasından ən çox əziyyət çəkən ölkələrdən biri olan ABŞ-da COVID-19-dan ölənlərin sayı 40 mini keçib.
Baki-xeber.com xəbər verir ki, Con Hopkins Universitetinin məlumatlarına görə, ölkədə virusa yoluxmuş insanların sayı 742 min 442-ə yüksəlib. Epidemiya nəticəsində ölənlərin sayı isə 40 585 nəfərə yüksəlib.
Dünyada yeni koronavirusdan ən çox təsirlənən ABŞ, hazırda epidemiyanın mərkəzi və ən çox ölümün yaşandığı ölkədir.