ABŞ Prezidenti Donald Tramp Ağ Evdə brifinq zamanı bildirib ki, İran istəsə, ABŞ ona ağciyərlərin süni havalandırılması (ASH) aparatları verməyə hazırdır.
“Mən, əgər istəyərlərsə, onlara kömək təklif etdim. Əgər onlara aparatlar lazımdırsa... mən onları oraya göndərə bilərəm. Bizdə minlərlə “boş” aparat olacaq, onlar da öz ehtiyatlarını (ASH aparatlarını) artıra, hospitallarını təmin edə bilərlər”, - Tramp deyib.