Dünyanı təsir altına alan və Çinin Uhan şəhərində ortaya çıxan koronavirus epidemiyasının mərkəzinə çevrilən ABŞ-da həyat kabusa çevrilib.
Baki-xeber.com xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 24 saat ərzində 30 min 239 nəfər artaraq 533 min 115-ə çatıb. Ölkədə epidemiya nəticəsində ölənlərin sayı isə 1,831 nəfər artaraq 20 min 608-ə çatıb.