ABŞ yeni növ koronavirus (COVİD-19) epidemiyasından 19 min 715 ölümlə İtaliyanı geridə qoyub və dünyada ən çox insanın öldüyü ölkə olub. Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat "Worldometer" saytında yer alıb.
Yoluxma sayına görə, dünyada lider ölkə olan ABŞ ölümlərin çoxluğuna görə də ilk sıraya yüksəlib. Son açıqlanan rəqəmlərə görə, ölkə 19 min 715 ölü sayısı ilə İtaliyanı geridə qoyub. ABŞ-ı 19.468 ölümlə İtaliya, 16.353 ölümlə İspaniya izləyir.
ABŞ, martın 27-də yoluxma sayına görə, Çin və İtaliyanı geridə qoyaraq dünyada birinci yeri tutmuşdu.
ABŞ ordusu viusun daha çox yayıldığı Nyu-York və Vaşinqton ştatlarına xəstəxana gəmiləri göndərib. Bundan əlavə, ABŞ ordusuna bağlı Milli Qvardiyanın 15 minə yaxın əsgəri də ştatların rəhbərliklərinə dəstək verir.
ABŞ-da epidemiyanın mərkəzinə çevrilən Nyu-York COVİD-19-a yoluxma sayına görə, hətta İspaniya, İtaliya və Almaniyanı da üstələyir. Ştat qubernatoru Endryu Cuomo, ard-arda rekord sayda ölümlərin yaşandığı əyalətdə son 24 saatda 777 nəfərin öldüyünü və ümumilikdə ölümlərin 7 444-ə yüksəldiyini bildirib.
Con Hopkins Universitetinin açıqladığı məlumatlara görə, ABŞ-da 467 min 184 nəfər koronavirusa yoluxub. İtaliyada isə ölənlərin sayı son 24 saatda 619 nəfər artaraq 19 468-ə çatıb, yoluxanların sayı isə 100 min 269-a yüksəlib.