05/06/2020 07:55
728 x 90

Koronavirusdan dünya üzrə gündəlik ən çox ölüm ABŞ-da qeydə alındı – 1344, Tramp xəbərdarlıq etdi: “Qarşıdakı iki həftə çox çətin olacaq”

img

Koronavirusdan dünya üzrə gündəlik ən çox ölüm ABŞ-da qeydə alınıb. Baki-xeber.com xəbər verir ki, son 24 saatda koronavirus epidemiyasından 1344 nəfər öüb.

İlk dəfə ötən ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində qeydə alınan və bütün dünyaya yayılan koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Ölkədə 312 mindən çox yoluxma aşkarlanıb ki, bu rəqəm dünyadakı yoluxmaların ümumi sayının təxminən 25 faizini təşkil edir. Ölənlərin sayının da sürətlə artdığı ölkə mütəxəssislər tərəfindən epidemiyanın yeni mərkəzi kimi göstərilir.

Ölkədə virusun əsas mərkəzi isə Nyu-York şəhəridir. Şəhərin mərkəzində bir neçə gün əvvəl qurulan sayyar morqların dolduğunu göstərən dəhşətli görüntülər yayılıb.

ABŞ prezidenti Donald Tramp bu günə qədər ən qaranlıq tablonu cızıb: "Qarşıdakı iki həftə təəssüf ki, çox çətin olacaq və təəssüf ki, çox sayda itki olacaq".

Son xəbərlər