25/05/2020 23:45
728 x 90

Britaniya şokda... Koronavirusa yoluxan Baş nazir Conson xəstəxanaya qaldırıldı - YENİLƏNDİ

img

Koronavirusa yoluxan Böyük Britaniyanın baş Baş naziri Boris Conson bu gün xəstəxanaya yerləşdirilib.

Baki-xeber.com xəbər verir ki, Conson bir neçə gün əvvəl koronavirusa yoluxduğunu açıqlamışdı. İki gün əvvəl isə öz evində karantində olan Consonun elə evinin qarşısında tibb işçilərini alqışlayn görüntüləri yayılmışdı.

İngiltərə Baş Nazirliyi Consonun xəstəxanaya yerləşdirilməsilə bağlı açıqlama yayıb: "Baş nazir, həkiminin tövsiyəsi ilə bu axşam müayinə üçün xəstəxanaya yerləşdirildi", - açıqlamada deyilir.

Covid-19 əlamətləri aşkarlanan 55 yaşlı Baş nazirin tədbir məqsədilə xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

Qızdırma və öskürək kimi simptomları göstərən Consonun martın 27-də koronavirus testindən keçib və nəticə müsbət olub. O zamandan bəri özünü təcrid edən Baş nazir, 3 apreldə yaydığı videoda bildirirdi: "Özümü daha yaxşı hiss edirəm. 5 günlük təcrid olunmağıma baxmayaraq, təəssüf ki, hələ də simptomlar var, kiçik bir simptom. Hələ də qızdırmam var və buna görə hökumətin tövsiyəsilə bu simptom yoxa çıxana qədər özümü təcrid etmək məcburiyyətindəyəm".

Son xəbərlər