İtaliyada koronavirusdan (Covid-19) ölənlərin sayı 15 mini keçib. Son 24 saat ərzində 681 nəfər həyatını itirdi.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, son 24 saatda ölkədə 681 nəfər ölüb və ölənlərin sayı 15,362-ə yüksəlib, yoluxanların sayı isə 124 min 632 nəfərdir.
İtaliya mətbuatının yazdığına görə, Baş nazir Kontenin yaxın mühafizəçisi olan və ötən ayın ortalarında Covid-19 diaqnozu qoyulan 52 yaşlı Giorgio Quastamakkia da dünən səhər vəfat edib.
O da qeyd edilir ki, mühafizəçi müalicəsinə görə vəzifədən ayrılmadan əvvəl, Baş nazir Konte ilə yaxın təmasda olmayıb və səyahətləri zamanı onu müşayiət etməyib.