26/05/2020 01:46
728 x 90

Britaniyadan Rusiyaya şok ittiham… “GRU” İtaliyaya göndərilən həkimlərin arasına hərbi casuslar yerləşdirib

img

Koronavirusla mübarizədə Avropa ölkələrindən gözlədiyi dəstəyi ala bilməyən İtaliyaya bir qrup həkimi göndərən Rusiya, bu həkimlərin arasına hərbi casus yerləşdirməkdə günahlandırılır.

Baki-xeber.com xəbər verir ki, Böyük Britaniya mediasında yer alan iddialara görə, Rusiya həkimlərin arasına bir neçə hərbi casus yerləşdirib.

“Daily Mail” qəzetinə görə, kimyəvi silah mütəxəssislərinin fikrincə, "İtaliyadakı rus həkimlərin və hərbi səlahiyyətlilərin kəşfiyyat toplamadığını düşünmək böyük bir sadəlövhlük olar".

Rusiyanın İtaliyanın koronavirusla mübarizəsinə verdiyi dəstəklə danışaan ingilis kimyəvi silah mütəxəssisi Hemiş De Bretton-Qordon iddia edib ki, həkimlər arasında Rusiya hərbi kəşfiyyat idarəsi “GRU”nun rəsmiləri də var.

Xatırladaq ki, Rusiya İtaliya hökumətinin tələbi ilə, 22 mart 2020-ci il tarixində İtaliyanın Lombardiya bölgəsindəki Bergamo şəhərinə içərisində tibbi avadanlıq və həkimlərin olduğu 15 təyyarə göndərib.

Son xəbərlər