Ermənistanda son sutka ərzində 73 nəfər koronavirusa yoluxub. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, koronavirusa yoluxanların sayı 736 nəfərə çatıb.
Hazırda 686 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, bu günədək ölkədə 7 nəfər virusdan həyatını itirib.