02/06/2020 09:13
728 x 90

Trampdan İrana sərt xəbərdarlıq… Hücum etsələr, bədəlini çox ağır ödəyəcəklər

img

ABŞ və İran arasında gərginlik yenidən artır. ABŞ Prezidenti Donald Tramp, İranın İraqdakı ABŞ qoşunlarına hücum planlaşdırdığına dair məlumat aldıqlarını və belə bir hücumu cavabsız qoymayacaqlarını deyib.

Baki-xeber.com xəbər verir ki, bu barədə Twitter-də açıqlama yayan Tramp İrana xəbərdarlıq edib.

"Məlumatlara və inancımıza görə, İran və ya onun əlaltıları İraqdakı Amerika əsgərlərinə və varlıqlarına qarşı məkrli bir hücum planlaşdırır. Bu baş verərsə, İran bunun bədəlini çox ağır şəkildə ödəyər" - Tramp bildirib.

Trump, əldə etdikləri kəşfiyyat məlumatının detallarına dair məlumat paylaşmayıb.

Onu da qeyd edək ki, bütün dünyanı təsir altına alan yeni növ koronavirus (Covid-19) epidemiyasının İranda sürətlə yayılmasına baxmayaraq, ABŞ administrasiyasının Tehrana qarşı sanksiyaları yüngülləşdirməməsi dünya ictimaiyyəti tərəfindən geniş müzakirələrə səbəb oldu.

Son xəbərlər