02/06/2020 09:45
728 x 90

Türkiyədə koronadan ölənlərin sayı 277-yə çatdı, yoluxanların sayı 15 mini keçdi, 601 tibb işçisi də virusa yoluxdu

img

Türkiyədə 601 tibb işçisində yeni növ koronavirus (COVID-19) aşkarlanıb. Baki-xeber.com xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Ümumdünya Səhiyyə Təşkilatının, Avropada aşkarlanan yoluxmaların 10 faizinin tibb işçilərinin payına düşdüyünü açıqladığını deyən F.Koca, koronavirusa yoluxan tibb işçilərinin sayının 601 nəfərə çatdığını ifadə edib.

F.Koca son 24 saatda 2148 nəfərdə virus aşkarlandığını və 63 nəfərin öldüyünü deyib. Bununla da, Türkiyədə koronavirusa yoluxanların sayı 15 min 679-a, ölənlərin sayı 277 nəfərə çatıb. 

Son xəbərlər