Dünya üzrə koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 900 mini keçib. Virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb.
Baki-xeber.com xəbər verir ki, COVİD-19-un qeydə alındığı ölkələrdə gündəlik ölümlər və yoluxmalar haqqında statistikaların yer aldığı "Worldometer" saytındakı məlumata görə, dünyada xəstələrin sayı 903 min 819-a çatıb.
İnfeksiyaya yoluxma sayında ABŞ 200 min 269 nəfərlə birinci, 110 min 574 yoluxma ilə İtaliya ikinci, 102 min 136 yoluxma ilə İspaniya üçüncü yerdə qərarlaşıb.
Koronavirusun doğduğu Çində indiyi kimi 81 554 yoluxma qeydə alınıb. 75 min 754 yoluxma ilə Almaniya, 52 min 128 yoluxma ilə Fransa, 47 min 593 yoluxma ilə İran, 29 min 474 yoluxma ilə İngiltərə, 17 min 137 yoluxma ilə İsveçrə, 13 min 964 yoluxma ilə Belçika, 13 min 614 yoluxma ilə Hollandiya, 13 min 531 yoluxma ilə Türkiyə, 10 min 585 yoluxma ilə Avstriya infeksiyaya yoluxma sayında 10 mini aşan ölkələrdir.
Qeyd edək ki, ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkarlanan COVİD-19 epidemiyası təxminən 200 ölkəyə yayılaraq pandemiyaya çevrildi. Epidemiyadan bu günə kimi dünyada 45.334 nəfər ölüb.