25/05/2020 23:54
728 x 90

Tramp Putinin “koronavirus təklifini” qəbul etdi - Rusiya ABŞ-a yardım göndərir

img

Rusiya prezidenti Vladimir Putin ABŞ-a koronavirus qarşı mübarizədə kömək təklif edib. Baki-xeber.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Putinin kömək təklifini qəbul etdiyini açıqlayıb.

Putinin ABŞ-a coronavirusla mübarizədə kömək təklif etdiyini deyən Peskov, Trampın yardımı qəbul etdiyini və tibbi ləvazimatlarla yüklənən Rusiya təyyarələrinin artıq ABŞ-a yola düşmək üçün hazırlandığını bildirib.

Peskov, iki liderin əldə etdiyi razılaşmanın detalları ilə bağlı danışıqların davam etdiyini söyləyərək, Amerika tərəfdən bəzi adamların razılaşmanın icrası ilə əlaqədar texniki məsələlərin tez bir zamanda həll edilməsinə kömək etmədiyi təəssüratı yarandığını deyib.

Son xəbərlər