ABŞ koronavirusdan ölənlərin sayına görə Çini keçdi - 3 min 416…

ABŞ yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayına görə, virusun başlanğıc nöqtəsi Çini üstələyib.
Baki-xeber.com xəbər verir ki, Con Hopkins Universitetinin yaydığı son məlumatlara görə, ABŞ-da Covid-19-dan ölənlərin sayı 3 min 416-ya çatıb, Çində isə eyni dəqiqələrdə virusdan ölənlərin sayı 3 min 309 nəfər olub.
Dünya üzrə epidemiyada həyatını itirənlərin sayının 40 min, yoluxanların sayının 823 mini keçdiyi bildirilir. Infeksiyadan ən çox ölüm İtaliyada, ardınca İspaniya, ABŞ və Çində qeydə alınıb.