26/05/2020 01:06
728 x 90

İtaliya Covid-19-la mübarizədə ön cəbhədə olan həkimlərini də itirir - Ölkədə ölü sayısı 12 min 428-ə yüksəldi

img

İtaliyada yeni növ koronavirusdan (Covid-19) həyatını itirənlərin sayı son 24 saatda 837 nəfər artaraq 12 min 428-ə çatıb.

Baki-xeber.com xəbər verir ki, bunu Mülki müdafiə xidmətinin rəhbəri Angelo Borrelli deyib.

Borrelli İtaliyada koronavirusa yoluxma sayının 77 min 635-ə, sağalanların isə 15 729-a çatdığını qeyd edib.

Xidmət rəhbəri deyib ki, İtaliyada 5 həftə əvvəl ölkədə başlayan Covid-19 indiyə kimi 12 min 428 nəfərin ölümünə səbəb olub.

Mətbuatda yer alan xəbərlərə görə, Covid-19-la mübarizədə ön cəbhədə olan daha 3 həkim virusdan ölüb. İtaliyada epidemiya başlayandan bəri 66 həkim ölüb.

Son xəbərlər