26/05/2020 00:23
728 x 90

Türkiyə dövləti bu epidemiyada heç bir vətəndaşını tək qoymayacaq - Fəxrəddin Altun

img

“Görülən tədbirlər nəticəsində hazırda dərman və qida ilə bağlı problemimiz yoxdur. Türkiyə səhiyyə sistemi baxımından olduqca yaxşı vəziyyətdədir”

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Türkiyənin reanimasiya yataqlarının sayına görə ABŞ və İngiltərə kimi bir çox inkişaf etmiş ölkəni üstələdiyini deyən F.Altun bildirib ki, maska, dezinfeksiyaedici vasitələr və testlərlə də bağlı hər hansı çatışmazlıq yoxdur:”Süni tənəffüs aparatlarına gəldikdə, çatışmazlıqlarımızın aradan qaldırılması istiqamətində intensiv işlər aparılır. Süni tənəffüs aparatlarının istehsalında da böyük irəliləyişlər əldə edirik. Bundan əlavə, xalqımızın təmizlik səviyyəsi dünya standartlarından yüksəkdir. Cəmiyyətimizdə əl yumaq, kolonya təklif etmək və tez-tez yuyunmaq kimi vərdişlərin olması səhiyyə sistemimizin işini yüngülləşdirən amillərdir.

Millətimiz hər zaman olduğu kimi dövlətimizin yanında olmağa davam edir. Bu sayədə böhranı çox tez bir zamanda aradan qaldıracağımıza inanıram. Geldiyimiz bu nöqtədə millətimizlə birlikdə təmkinli davranaraq birliyimizi, bərabərliyimizi, qardaşlığımızı və həmrəyliyimizi möhkəm qoruyub saxlayırıq. Yeganə məsələmiz bu epidemiyadan xalq olaraq ən az ziyanla xilas olmaqdır.

AFAD-ın koordinasiyasındakı Vəfa Sosial Dəstək Qrupu və bələdiyyə işçiləri xroniki xəstəlikləri olan və yaşı 65 yaşdan yuxarı olan vətəndaşların ehtiyaclarını yerində ödəmək üçün çalışır. Türkiyə dövləti bu epidemiyada heç bir vətəndaşını tək qoymayacaq”, - deyə Altun bildirib.

Son xəbərlər