Türkiyədə son 24 saatda 1610 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma qeydə alınıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində məlumat paylaşıb.
Qeyd edilib ki, daha 37 nəfərin dünyasını dəyişdiyini bildirib. Məlumata əsasən, bu gün Türkiyədə 11 535 koronavirus testi keçirilib və onlardan 1610-nгn nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfər təşkil edir.