Britaniyadan şok iddia... Çində ölənlərin sayı rəsmi rəqəmlərdən 40 dəfə çoxdur

Koronavirus epidemiyası dünyada can almaqda davam edir. Hazırda dünyada 665 minə yaxın infeksiyaya yoluxmuş insan var və bu say hər keçən dəqiqə artmaqdadır. Dünyada ölənlərin sayı isə 31 minə yaxınlaşır.
Baki-xeber.comm xarici mediaya istinadən xəbər verir ki. virusun doğulduğu Çinlə bağlı dünyanı şoka salan yeni xəbərlər yayılıb. İngiltərə mediası Çində faktiki ölənlərin sayının rəsmi rəqəmlərdən 40 dəfə çox ola biləcəyini iddia edib.
“Daily Mail” qəzetinin yaydığı bir məlumat Çinin virus haqqında dünyanı səhv məlumatlandırması barədə şübhələr yaradıb. Özü də koronavirusa yoluxmuş İngiltərə baş naziri Boris Conson və müttəfiqləri ölkənin, virusun mənbəyi olan Çinlə münasibətlərinə yenidən baxılmasını istəyirlər.
"Daily Mail" qəzeti, Çinin pandemiya hesab olunan koronavirus barədə yanlış məlumatlar yaydığını və həqiqi ölü sayısını gizlətdiyini iddia edir. Ancaq, Uhandakı bir cənazə evinin ölülərin külünün saxlanıldığı xüsusi vazlardan 5 min ədəd sifariş etməsi barədə məlumatların sızdırılması narahatlıqları daha da artırıb.
Hazırda dünyada 665 minə yaxın yoluxma var və bu say hər keçən dəqiqə artmaqdadır. Virusun doğulduğu Çində isə bu sayının 82 min olduğu bildirilir. Uzun müddətdir ölkədə yoluxmaların sayında ciddi artım müşahidə olunmur. Yeni yoluxanların da xaricdən gəldiyi iddia edilir. Ölənlərin sayının 3 min 304 olduğu, 75 min 576 insanın isə sağaldığı iddia edilir.
Koronavirusun Hubei əyalətində önəmli nəqliyyat mərkəzi olan Uhandakı vəhşi və canlı heyvan bazarında satılan heyvanlardan insanlara keçdiyi düşünülür. Mütəxəssislər xəbərdarlıq edirlər ki, Asiyadakı vəhşi heyvan bazarlarında pis şərait yeni ölümcül epidemiyalar üçün "saatlı bombadır". Adı açıqlanmayan bir ölkə rəsmisi, Çinin, bu bazarlara təzyiq göstərməyəcəyi təqdirdə digər ölkələr tərəfindən təcrid edilən bir dövlətə çevrilmək risqi olduğunu deyib.
“Daily Mail” qəzetinə görə, Pekin koronavirus üzərində qələbə çaldığını düşünür və vəhşi heyvan bazarlarının fəaliyyətini bərpa etməsinə göz yumur: “Biz həmişə vəhşi həyat bazarlarının epidemiya yaratdığını bilirdik. Çin onları dərhal bağlamalıdır".