İtaliyada koronavirusdan (COVID-19) ölənlərin sayı son 24 saatda 889 nəfər artaraq 10 min 23-ə çatıb.
Baki-xeber.com xəbər verir ki, açıqlanan rəsmi məlumatda virusa yoluxanların sayının 70 min 65-ə yüksəldiyi bildirilir.
İtaliyadan sonra koronavirusdan ən çox itki verən ikinci ölkə İspaniyada isə bir gündə 832 nəfər ölüb. Bu artımla ölkədə ölənlərin sayı 5 min 690-a yüksəlib. Bu rəqəm ölkədə bir gündə ən çox ölüm hadisəsi kimi qeydə alınıb. Ölkədəki yoluxmaların sayı isə 72 min 248-dir.