26/05/2020 22:03
728 x 90

ABŞ-da korona xəstəxanasına bombalı hücumun qarşısı alındı, bir nəfər öldürüldü

img

ABŞ-dakı yoluxucu xəstələr yerləşdirildiyi xəstəxanaya bomba yüklü avtomobillə hücum planlaşdıran bir nəfər zərərsizləşdirilib.

Baki-xeber.com xəbər verir ki, bu barədə Federal Təhqiqat Bürosunun (FTB) Kansas şəhər ofisinin xüsusi nümayəndəsi Timoti Langan açıqlama verib.

Onun sözlərin görə, 36 yaşlı Timothi Uilson, FBI agentlərinin uzun müddət davam edən daxili terror araşdırmasından sonra Beltondakı bir əməliyyat zamanı vurulub. Şübhəli Uilson, daha sonra qaldırıldığı xəstəxanada ölüb.

Bir neçə aydır terror hücumu planlaşdırdığı bildirilən Uilsonun, Kanzas şəhərindəki pandemiya xəstəxanasını bomba yüklü bir avtomobillə partlatmaq qərarına gəldiyi iddia edilir.

Uilson hücumu həyata keçirmədən FTB tərəfindən vurulub və xəstəxanada ölüb.

Son xəbərlər