26/05/2020 20:59
728 x 90

Fəxrəddin Altun koronavirusla mübarizənin “olmazsa olmaz”ını göstərdi - beynəlxalq həmrəylik...

img

"Türkiyə yeni tip koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində, səhiyyə məsələləri ilə yanaşı, beynəlxalq əməkdaşlığa da yönəlib. Dünyanı təsiri altına alan bu ölümcül virusa qarşı aparılan mübarizənin "olmazsa olmaz" dediyimiz ən vacib şərti beynəlxalq həmrəylikdir".

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

F.Altun "Twitter" hesabından etdiyi şərhdə bildirib ki, Türkiyə koronavirusla təsirli və sərt şəkildə mübarizə aparır:"Erkəndən tədbir aldıq və fərqli ssenarilərə hazırlandıq. Səhiyyə sistemimiz, tarixi epidemiya şərtləriylə müqayisə edildiyində, bir çox ölkənin səhiyyəsindən daha güclü olduğunu sübut etdi".

F.Altun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni tip koronavirusla mübarizədə Türkiyənin milli addımlarını koordinasiya etməklə yanaşı, problem qarşısında qlobal bir addım atılması istiqamətində səyləri artırmaq üçün çox çalışdığını ifadə edib.

F.Altun həmçinin ​​bunları qeyd edib: "Beynəlxalq həmrəylik dünyada təsiri altına almadığı bir yer belə qalmayan bu ölümcül virusa qarşı mübarizədə "olmasa olmaz" dediyimiz ən vacib şərtdir. Bu virusun ölkələrin qlobal əməkdaşlığı iflasa uğradacaq yeni sərhədlər çəkməsinə təkan verməsinə imkan verməməliyik. Xalqların təcrid olunmuş cəmiyyətlərə çevrilməsinə imkan verməməliyik. Müxtəlif arenalarda və forumlarda beynəlxalq həmrəyliyə və qlobal əməkdaşlığa dair çağırışlarımızı davam etdirəcəyik."

 

 

 

 

 

Son xəbərlər