31/05/2020 20:55
728 x 90

İtaliyada ölənlərin sayı 10 minə yaxınlaşır... Vəziyyətin daha da ağırlaşacağı ilə bağlı xəbərdarlıq edildi

img

İtaliyada 5 həftə əvvəl başlayan koronavirus (Covid-19) epidemiyası can almaqda davam edir. Baki-xeber.com xəbər verir ki, ölkədə koronavirusdan ölənlərin sayı son 24 saatda 969 artaraq 9 134-ə çatıb.

İtaliyada mövcud koronavirus xəstələrinin sayı 66,414-ə çatıb.

İtaliya Milli Səhiyyə İnstitutu isə koronavirusun yayılmasının hələ ölkədə ən yüksək həddə çatmadığını açıqlayıb. Xəstəliyə yoluxanların sayında "azalma əlamətləri" olduğuna diqqət çəkən İnstitut rəsmisi Silvio Brusaffero qeyd edib ki, xəstəlik hələ ölkədə pik həddinə çatmayıb, amma bu, tezliklə baş verə bilər.

Brusaffero, vətəndaşları tətbiq olunan məhdudiyyətlərə tabe olmağa çağırıb.

Son xəbərlər