Türkiyədə koronavirusdan ölənlərin sayı 17 nəfər artaraq 92-yə çatıb. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, bu gün 17 koronaviruslu xəstə ölüb və son 24 saatda 7 533 şübhəli koronavirus analizindən keçib, onlardan 2069-nun cavabı pozitiv çıxıb. Ümumlikdə ölkədə 5698 nəfər yeni növ koronavirusa yoluxub.