Britaniyanın Baş naziri Conson da virusa yoluxdu, korona Kremlə də sıçradı

Çində ortaya çıxan və qısa müddətdə bütün dünyaya yayılan yeni növ koronavirusdan (COVİD 19) ölənlərin sayı dünya üzrə 25 minə çatıb. Yoluxanların sayı isə 549 min 324-ə yüksəlib.
Baki-xeber.com xəbər verir ki, İranda son sutka ərzində ölənlərin sayı 144 nəfər artaraq 2 min 378-ə çatıb. Türkiyədə bu günə qədər 75 ölüm, 3 min 659 yoluxma var.
İspaniyada ölənlərin sayı 4 min 858, yoluxanlarıın sayı 64 min 59-a çatıb.
Böyük Britaniyada koronavirusdan qaynaqlı ölüm sayısı 578, yoluxanların sayı isə 2 min 219-a yüksəlib.
Bu arada, Böyük Britaniyanın Baş naziri Boris Consonun da koronavirusa yoluxduğu məlum olub. Baş nazirin COVID-19 testi pozitiv çıxıb.
Baş nazir özünü karantinə alıb. Consonun vəzifəsinin icrasını bu vəziyyətdə davam etdirəcəyi bildirilir.
Bir video yayımlayan Conson, "Koronavirus testim pozitiv oldu. Özümü təcrid edirəm. Böhranın idarə edilməsində başdaa yenə mən olacağam" deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Şahzadə Çarlzın da koronavirusa yoluxduğu açıqlanıb.
Kremldə, Rusiya Prezidenti Administrasiyasında işləyən bir şəxsdə də koronavirus aşkarlanıb. Yoluxan şəxsin Putinlə təmasda olmadığı açıqlanıb. Rusiyada yoluxanların sayı 1036 nəfərddir.
İtaliyada ölü sayısı 8 min 165, Fransada 696, Almaniyada 267 nəfərdir.