30/05/2020 07:17
728 x 90

ABŞ Maduro və 14 Venesuela rəsmisinin başına pul qoydu - 10-15 milyon dollar...

img

Amerika Birləşmiş Ştatları Venesuela prezidenti Nikolas Maduroya qarşı "beynəlxalq narkotik ticarəti" ittihamı irəli sürərək, onu məsuliyyətə cəlb etməyə kömək edəcək istənilən informasiyaya görə 15 milyon dollar mükafat vəd edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti açıqlama yayaraq Maduro və daha 14 Venesuela rəsmisi əleyhinə ittiham irəli sürüldüyünü açıqlayıb.

Qeyd edilir ki, ABŞ Ədliyyə Departamenti "beynəlxalq narkotik qaçaqmalçılığında rolları olduğunu" əsas götürərək Maduro və Venesuela rəhbərliyindəki bəzi insanlara qarşı ittiham aktı hazırlayıb.

Dövlət Departamenti Maduronu məsuliyyətə cəlb edilməsi üçün istənilən informasiyaya görə 15 milyon dollar, ittiham aktında adı keçən digər Venesuela rəsmiləri ilə bağlı məlumat verənlərə isə 10 milyon dollar mükafat verəcəyini bəyan edib

"Maduro rejimində yüksək vəzifələr tutan bu insanlar Venesueladan qalxan təyyarələrə və ölkə limanlarına nəzarət etməklə ölkədən narkotik maddələrin göndərilməsinə kömək ediblər" - Dövlət Departamentinin açıqlamasında deyilir.

Son xəbərlər