31/05/2020 19:48
728 x 90

ABŞ koronavirusa yoluxma sayına görə Çin və İtaliyanı geridə qoydu - 82 min...

img

ABŞ yeni növü koronavirus (Covid-19) epidemiyasından 82 min 179 yoluxma ilə Çin və İtaliyanı geridə qoyaraq dünyada ilk sirada yer alıb.

Baki-xeber.com xəbər verir ki, Covid-19 aşkarlanan ölkələrdə yeni yoluxmalara dair statistik rəqəmlərin yer alıdığı "worldometer" saytındakı məlumata görə, ABŞ-da virusa yoluxanların sayı son 6 saatda 12 min 982 nəfər artaraq 82 min 179-a çatıb.

Ölənlərin sayı isə 131 nəfər artaraq 1177-ə yüksəlib.

Açıqlanan son rəqəmlərdən sonra ABŞ infeksiyaya yoluxma sayına görə dünyada ilk sırada yer alıb. ABŞ-ı 81 min 285 yoluxma ilə Çin, 80 min 589 nəfərlə İtaliya izləyir.

Nyu-York əyaləti 37 min 738 yoluxma, 385 itki ilə ABŞ-ın lider bölgəsidir. Nyu-Yorku 6 876 yoluxma ilə Nyu Cersi və Kaliforniya (3 829 yoluxma) əyalətləri izləyir.

Son xəbərlər