28/05/2020 18:29
728 x 90

Koronavirus Ermənistanda orduya da sıçradı, 1 nəfər öldü, yoluxanların sayı 300-ə çatdı - YENİLƏNDİ

img

Ermənistanda koronavirusdan ilk ölüm qeydə alınıb. Baki-xeber.com xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikosyan koronavirusa yoluxan 72 yaşlı şəxsin xəstəxanada öldüyünü deyib.

 

Ermənistanda koronavirusa yoluxanların sayı 290 nəfərə yüksəlib. Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib ki, ölkədə məktəblilər də koronavirusa yoluxub: “Mən onların dəqiq sayını bilməsəm də, məktəblilər özlərini yaxşı hiss edirlər, həyati təhlükələri yoxdur”.

O, bir həkim və təcili tibbi yardımın bir sürücüsünün də koronavirusa yoluxduğunu deyib.

Ermənistanın Müdafiə naziri David Tonoyan isə üç hərbçidə koronavirus aşkarlandığını açıqlayıb. 

Son xəbərlər