02/07/2020 22:22
728 x 90

Dünyada koronavirusdan ölənlərin sayı 20 mini keçdi - İtaliya - 7 503, İspaniya - 3 434, Çin - 3 281, İran - 2 077, Fransa - 1100...

img

Müasir dünyada ən böyük xaosa səbəb olan koronavirus (COVİD 19) bu günə qədər 200 ölkə və bölgəyə yayılıb. Bu həftə gündəlik yoluxma sayı 30 mini keçdi. Yer üzündə koronavirusa yoluxanların sayının iki gündə yarım milyondan çox olacağı gözlənilir.

Baki-xeber.com xəbər verir ki, "Worldometer" saytında yer alan son məlumata görə, dünyada yoluxanların sayı hazırda 452 min 156 nəfərdir. Ölənlərin sayı isə artıq 20 mini keçib – 20 min 494.

COVİD 19-dan bu günə qədər ən çox insan ölümü İtaliyada qeydə alınıb. Son 24 saatda 683 nəfər artaraq 7 min 503 nəfərə çatıb.

İtaliyadan sonra ikinci yeri tutan 3 min 434 ölümlə İspaniya tutur.

Koronavirusun ilk dəfə ortaya çıxdığı Çin 3 min 281 ölümlə üçüncü yeri tutur.

COVİD 19 epidemiyasından ən çox ölümün qeydə alındığı dördüncü ölkə 2 min 77 nəfərlə İran, beşinci ölkə 1100 nəfərlə Fransadır.

Son xəbərlər