Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Amerikanın, dünyanı bürümüş koronavirus (COVİD 19) epidemiyasının yeni mərkəzi ola biləcəyilə bağlı xəbərdarlıq edib.
Təşkilatın sözçüsü Marqaret Harris, son 24 saat ərzində qeydə alınan Covid-19-a yoluxma hadisələrinin 85 faizinin Avropa və ABŞ-da qeydə alındığını deyib.
Koronavirus ölümlərində ciddi artım gözlədiklərini deyən ÜST sözçüsü qeyd edib ki, ABŞ infeksiyaya yoluxma sayında kəskin artım nəticəsində korona epidemiyasının yeni mərkəzinə çevrilə bilər.