06/08/2020 19:26
728 x 90

Koronavirus Avropanı çökdürür – İspaniyada əsgərlər dezinfeksiya üçün girdiyi qocalar evlərində taleyin ümidinə buraxılmış insanların cəsədlərilə qarşılaşdı…

img

Koronavirusdan (COVİD 19) iki min 800 nəfərin öldüyü İspaniya daha bir dəhşətli xəbərlə sarsılıb. Belə ki, əsgərlərin dezinfeksiya işləri üçün girdiyi qocalar evlərində tərk edilmiş yaşlı insanların cansız cəsədləri ilə qarşılaşıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İspaniyanın Müdafiə naziri Marqarita Robles açıqlama verib.

Nazir İspaniyanın Telecinco televiziya kanalına açıqlamasında, bəzi qocalar evlərində taleyin ümidinə buraxılmış yaşlıları gördüklərini deyib. "Bəziləri hətta çarpayılarında ölümə tək edilib" deyən Robles, əsgərlərin qocalar evlərində insanların cansız bədənləri ilə qarşılaşdıqlarını bildirib.

Cavabdeh şəxslərin cəzalandırılacağı bildirilsə də, ölümlərin səbəbi və əsgərlərin neçə nəfərin cəsədi ilə qarşılaşdığı açıqlanmır.

Son xəbərlər