İtaliyada yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı son 24 saatda 743 nəfər artaraq 6 min 820-ə çatıb. Baki-xeber.com xəbər verir ki, bunu Mülki müdafiə xidmətinin rəhbəri Angelo Borrelli deyib.
Borrelli, ölkədə mövcud olan koronavirus xəstələrinin sayının 54 min 30-a çatdığını, ölən və sağalanları da bunun üstünə gəldikdə Covid-19-a yoluxanların ümumi sayının 69 min 176-ya yüksəldiyini açıqlayıb. Borrelli sağalanların sayının 894 artaraq 8 min 326-ya çatdığını bildirib.
Borrelli, ölənlərin sayının 743 nəfər artaraq 6 min 820-ə çatdığını bildirib.
Qeyd edək ki, virusun ilk grüldüyü Çində koronavirusdan 3,777 nəfər ölüb.
Fransada isə son 24 saatda Kovid-19-dan ölənlərin sayı 240 nəfər artaraq 1100-ə çatıb.