03/07/2020 02:01
728 x 90

Həkimində koronavirus aşkarlanan Merkel karantinə alındı, Almaniyada iki-iki gəzmək qadağan edildi - FOTO

img

Almaniya Kansleri Angela Merkel karantinə alınıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert açıqlama verib.

Merkel koronavirus (Covid-19) testi pozitiv çıxan bir həkimlə təmasda olduğu məlum olduqdan sonra ev karantininə alınıb.

Bundan əvvəl isə Almaniyanın kansleri Merkelin supermarketdə alış-veriş edərkən görüntüləri yayılmışdı.

Bu arada, Almaniyada yeni növ koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri gücləndirilir. Ölkədə ailə üzvləri və eyni evdə yaşayanlardan başqa iki nəfərin bir yerə toplaşması qadağan edilib.

Məhsulların ünvana çatdırılması istisna olmaqlar ölkədəki restoran, otel, bərbərxanalar, kosmetika və masaj salonları kimi iaşə obyektləri də bağlanıb.

Son xəbərlər