İtaliyada yeni ölmüş koronavirusdan (Covid 19) ölənlərin sayı durmadan artır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, açıqlanan son məlumatlara görə, ölü sayısı 651 artaraq 5 min 476-ya çatıb.
Bununla yanaşı karantin alıtında olan ölkədə tədbirlər daha da sərtləşdirilir. Ölkədə bütün strateji və vacib olmayan istehsal fəaliyyətlərinin dayandırılması qərara alınıb. Baş nazir Konte yeni tədbirlərin aprelin 3-dək davam edəcəyini bildirib.
Ölkənin İkinci Dünya Müharibəsindən bəri ən çətin böhranla üz-üzə qaldığını deyən Baş nazir Konte, hər gün çox sayda vətəndaş itirmək ağrısını yaşadıqlarını ifadə edib: "Tətbiq etdiyimiz tədbirlər ciddidir, amma alternativimiz yoxdur. Tədbirlərin təsirini görmək üçün vaxt lazımdır. Qaydalara əməl edilməlidir. Evdə qalmalıyıq".