Gürcüstanda 54, Ermənistanda 190 – koronavirus xəstələrinin sayı artır

Gürcüstanda koronavirusa yoluxan şəxslərin sayı 54 nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda bildirilib.
Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır. Koronavirusa yoluxanlardan biri tam sağalıb.
Ermənistanda isə daha 30 nəfərə koronavirus diaqnozu qoyulub. Səhiyyə Nazirliyindən bildirilib ki, Ermənistanda koronavirus daşıyıcılarının sayı 190-a çatıb.