Bazar günü günü, 08 noyabr 2026
     

Elçin Əliməmmədov: “Mən heç vaxt ölməyəcəm...”

Image


Azərbaycan Ordusunun baş çavuşu Elçin Mehman oğlu Əliməmmədov 1997-ci il  avqustun 18-də Bakının Zirə qəsəbəsində anadan olub. Zirənin dəniz qoxulu havasında böyüyüb, Xəzərin qoynunda keçib uşaqlığı.

2012-ci ildə Zirə qəsəbəsindəki Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbdə 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində üç il təhsil alaraq operator ixtisasına yiyələnib. Çalışqanlığı, sakit, təmkinli təbiəti ilə peşə məktəbində də hamının sevgisini qazanıb. 2015-2017-cı ildə Murovdağda müddətli həqiqi xidmət keçib. Müddətli Hərbi xidmətdə fərqləndiyinə görə əsgər Elçin Əliməmmədova baş çavuş rütbəsi verilib.

Zəhmətkeş ailədə böyüyən Elçin özü də zəhmətsevər idi, ona görə də müddətli hərbi xidmətdən sonra çalışmaq, öz zəhməti ilə yaşamaq istəyirdi. Operator kimi iş tapmaq problem olduğundan, sürücü peşəsinə yiyələnir, sonra "Kəhriz" su firmasında sürücü işləyir.

Amma torpaqlarımızın erməni işğalında olması, vətəni sevən hər kəs kimi Elçinə də rahatlıq vermirdi. Səfərbərlik elan olunanda Elçin artıq savaşa hazır idi.

Yaşar Əliməmmədov: Səfərbərlik elan olunmuşdu. Elçinin getmək havasında olduğunu hiss etdim. Soruşdum "gedirsən?", dedi "əlbəttə". Gedəcəyinə qərar vermişdi. Müharibəyə gedəndə də zəng vurdu ki, mən artıq yola düşmüşəm. Arada zəngləşirdik. Vuruşuruq, kəndləri azad edirik – sevinclə xəbər verirdi.  Sonuncu dəfə mesaj yazdı. Döyüşlər ağırdı. Burda vəziyyət çətindi. Taleyimdə nə varsa, o olacaq. 6 oktyabrda  16-50-də son mesajını oxudum: Əmi, evdəkiləri sənə tapşırıram. Birdən bir şey olar, haqqınızı halal edin". Oktyabrın 8-də zəng gəldi ki şəhid olub. 17-də gətirmək nəsib oldu...

Müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli, Horadiz uğrunda hərbi əməliyyatlarda iştirak edib. Qarış-qarış, küçə-küçə, kənd-kənd azad olunurdu işğalda olan yurd yerləri. Horadiz ərazisində gedən döyüşlərdə oktyabrın 6-da şəhid olub.

Azərbaycan Respublikasının prezidendi cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə, 3-cü dərəcəli  "Vətənə xidmətə görə" medalları ilə təltif olunub Elçin Mehman oğlu Əliməmmədov.

Döyüş yoldaşı Kənan Babayev: Çox mərd, dəyanətli idi Elçin. Düşmənlə üzbəüz döyüşdə, atışmada onu məğlub etmək olmazdı. Sərrast atıcı, cəsur döyüşçü idi. Səngərdən çıxdıq yüksəkliyə qalxırdıq. Onu snayperlə vurdular. Təkcə igid döyüşçü deyildi, həm də qayğıkeş idi. Paltarın yaş olsa, öz quru geyimini güclə sənə geydirərdi. Ac olsa da, tikəsini döyüş yoldaşına verərdi. "Məni vursalar qoyma burda qalım, çıxar. Axirinci istəyi bu olmuşdu. Bunu eşitmək də çox ağır idi, xatırlamaq da çox ağırdı. Nə yaxşı ki, şəhidlərimiz qələbə sevincini yaşadılar, qalib olduğumuzu gördülər. 

Yer üzündə sakit, rahat yaşamaq da mümkünsə, niyə anaların dərdi altında əziləsən? Niyə onları ovutmaq üçün söz axtarasan? Sakit danışmağa çalışsa da Əlimərdanova Xanımın səsindəki kövrəkliyi, rahatlıq tapmayan qəlbinin döyüntüsünü duymamaq mümkün deyil: Hərbi komissarlıqdan zəng gələndə "təlimə çağırırlar" dedi. Müharibə haqda bir kəlmə danışmadı. Müharibəyə gedəcəyi heç ağlıma gəlmirdi. Bir gün əvvəl maaş almışdı, hamımızı götürdü, gəzdirdi, bacısı qızlarına hədiyyələr aldı. Özünə də təzə geyimlər aldı. Təzə paltarlarını geyinib sentyabrın 21-də səhər tezdən təlimə yollandı. Bir həftə Pirəküşküldə olub. "Sakitçilikdi. Nigaran qalmayın" - deyirdi hər zəngində. Heç vaxt bizi narahat etməzdi. Onu görməyə getdik. Sevdiyi bütün şeyləri aparmışdım... - kövrəlir ana, səsi də çarəsizləşir. - Biz Pirəküşkülə çatanda onlar yola düşüb. Yolda əsgər maşınlarını görsəm də, müharibənin başladığını, o oğulların müharibəyə getdiyini anlamadım. Son dəfə balamı görə bilmədim... Yaxın dostu var, Samir, bizi ona tapşırıb. "Müharibədi, hər şey ola bilər. Tez-tez anama baş çəkərsən" - deyib. Şəxsiyyət idi oğlum, ölümü də ləyaqətli oldu.

Mehman Əliməmmədov: Ailəmizlə fəxr edirəm, belə oğul böyütmüşük.Oğlumla da qürur duyuram. Oğlum qaçmadı, Azərbaycan uğrunda savaşa könüllü getdi. Belə oğul böyütdüyüm üçün özüm də qürurluyam. Kişi kimi döyüşüb, kişi kimi şəhid olub. Zəng edəndə vəziyyəti öyrənmək istəyirdim. "Sual vermə" deyərdi. Özü bilib şəhid olacağını. Həmin döyüşdə  yoldaşlarına deyib ki, ola bilər bu gün şəhid olum. Kişi kimi yaşadı oğlum. İndi mənim oğlum çoxdu, çünki təkcə Elçin mənim oğlum deyil, bütün şəhidlər mənim oğlumdu.
 Atanın səmimiliyinə inanmamaq olmur. Ürəklə, ürəkdən danışır. Bu qürurlu ataların ürək ağrılarını da duymamaq mümkünsüzdü. Baxışlarında, səsində, hətta əllərində duyursan şəhid ata-anasının övlad acısını, həsrətini. Şəhid bacılarının səsində yaşayırsan bu ağrını...

Baxışları harasa sonsuzluğa dikilir elə bil şəhid bacılarının. Elə bil şəhid bacılarının səsi də bir başqadı. Əfsanə Əliməmmədova kimi: Bir qardaşım vardı. Tək qaldım. Valideynlərim, ailəm, iki övladım olsa da, bir tənhalığın içindəyəm sanki. Elçinsiz çox çətindi mənə. Nə yaxşı ki,  müharibəyə getmədən bir gün əvvəl hamımız bir yerdəydik. Bütün ailəmiz yaddaqalan bir gün keçirdik. O gündə qalmışam hələ də. Tez-tez yuxularıma gəlir. Danışırıq. Deyirəm "sən ölmüsən axı", "Yox, mən ölməmişəm. Mən heç vaxt ölməyəcəm" - deyir.

"Mən ölməmişəm. Mən heç vaxt ölməyəcəm" deyir Elçin. Yüz illər boyu yaralı canını daşıyan ananı görürsən:Vətən ananı. Yüz illər boyu onun yaralarına məlhəm olan, ölməyə qoymayan, Vətən ananı yaşadan Elçin kimi oğulları görürsən.

Bir də Şəhidləri son mənzilə yola salan izdihamın hər yana yayılan, beynimizə işləyən səsini eşidirsən: Şəhidlər ölməz, Vətən bölünməz!

Kamalə Abiyeva.

Yanvar, 2024




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ