Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanın zəfər salnaməsi - "Sonuncu əmr"!

Image


...Əvvəlin sonu, sonun əvvəli... onu yazmaq, yozmaq və iz qoymaq bacarığı ifadə olunmuş əsər haqqında publisistik düşüncələr...

...Real hadisələrə əsaslanaraq ərsəyə gətirilmiş "Sonuncu əmr" romanında, oxucu olaraq, cərəyan edən hadisələrə ayna tutmaq istərdim. Sözü gedən kitabın müəllifi "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilidir.

Asif müəllim özü Ağdamın Mərzili kəndində anadan olmuşdur. Qarabağ həsrəti Azərbaycanın parçası olaraq bu səbəbdəndir. Tarixi bir əsərin sətirləri arasında var-gəl etdikcə, 44 günlük Qarabağ müharibəsi gözlərimiz önündə yenidən canlanır və bizlər bu müharibənin canlı şahidləri oluruq. İki əsrə bərabər erməni şərəfsizləri Qarabağı özününküləşdirmək məsədilə demək olar ki, Avropa dövlətləri daima ermənilərin yanında olublar. Bizlər isə heç vaxt haqqımızı bu günə qədərdə müdafiə edə bilməmişik. Yüksək səviyyəli beynəlxalq qurumların verdikləri qərarlar mütəmadi olaraq kağız üzərində qalıb. Tarixə nəzər yetirsək, bu günə qədər Qarabağ üğrunda şəhid olanların sayı minlərlədir.

Bu kitabı səhifələdikcə, sanki hadisələr bu gün baş vermiş kimi  gözlərim önündə yenidən cəryan edir. Əvvəllər Qarabağ adı gələndə dilim ağzımda yanardı. Hətta elə anlar olurdu ki, belə söhbətləri eşidəndə qeyzlə və ikrahla deyərdim: "Amandı, Qarabağın adını çəkməyin". Çünki mən və digər vətənsevənlər vardı ki, ümidlərini tamamilə itirmişlərdi. Lakin bir deyim doğruymuş ki, "ümid sonda ölür". Nəhayət, o gün bu gündür... O gün gəldi ki, bizim əzəli və əbədi torpağımız olan Qarabağı zamanında düzgün aparılmayan səriştəsiz  siyasətin qurbanlarının oğul- uşaqları otuz il sonra erməni vandallarından təmizlənərək yeni yetişən nəslə təhfil verildi. Onlar 44 günlük müharibədə qəhrəmanlıq nümunəsi göstərərək, vətən uğrunda şəhid olmuşlar.

Belə bir qəhrəman "Sonuncu əmr" romanında da öz əksini tapmışdır. Kitabda, həmçinin Azərbaycan Ordusunun 2016- cı ilin 4 aprel və 2020- ci ilin 44 günlük döyüş əməliyyatları, nəhayət, 2023 - cü ilin 19- 20 sentyabrda həyata keçirdiyi sonuncu qısa hərbi əməliyyatları 30 il ərzində işğal altında qalmış bütün əraziləri azad edərək düşmən üzərində qələbə qazanmışdır və ermənilərin "Dağlıq Qarabağ Respublikası" adlı qondarma - separatçı qurumu tarixin arxivinə göndərilmişdir.

XXX

Kitabda gənclərimizə örnək olacaq çox nüanslara rast gəlinir. Sanki milli ruh gənclərimizin qəlbinə toxum tək səpilərək, yeni yetişən nəslə nümunə göstərilir.  Belə ki, müəllif əsərin qəhrəmanını önə çəkərək gənc nəslə tanıtmağa çalışır. Təqdim edilən bədii əsərdə qazanılan Zəfər öz sözünü real faktlara söykənərək romanda öz əksini tapmışdır. Hər bir şəhid və qazinin döyüş səlnaməsi faktlara söykənərək oxuculara təqdim edilir.

Vətən Müharibəsi Qəhrəmanı, kəşfiyyat komandiri Polkovnik -Leytenant Orxan Əkbərovun göstərdiyi şücaət xüsusi vurğulanmışdır. Müəllif Orxan Əkbərovu bir qəhrəman kimi önə çəksə də, mənə belə gəlir ki, Orxan Əkbərovu ideal qəhrəman kimi yetişdirən onun düşmənə qarşı kin və nifrətidir. Çünki bütün hadisələr onun gözləri önündə cəryan etmişdir. Birinci Qarabağ müharibəsi başlayanda Orxanın cəmi 8 yaşı, Xocalı, Şuşa, Laçın... işğal ediləndə, Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, Ağdərə, Xocavənd, Qubadlı, Cəbrayıl... işğal olunanda isə on bir yaşı tamam olmuşdu. O dövrün uşaqlarının həyatlarında elə anlar yaşanmışdır ki, dillə deyiləsi kimi deyil. Acınacaqlı dövdə yetişən gənclərdən biri də Rəşaddır. Bu əsərdə Rəşad ön sıralarda yer alan qəhrəmanımızdır. Müharibə vaxtı Rəşadgilin ailəsi  təsadüfən dumana düşdüklərindən yolu itirdikləri üçün Xocavənd istiqamətində ermənilərlə rastlaşırlar. Ermənilər bütöv bir ailəni azərbaycanlı olduqları üçün əsir götürür. Bütün bəlalar da  bu hadisədən sonra başlayır.

Haşiyə: Əsərdə faktlara əsasən ermənilərin şərəfsiz, qansız, zalım, vəhşi olmalarının daha bariz nümunələrilə tanış oldum. Belə ki, gitovluqda olan balaca Rəşadın gözləri önündə elə hadisələr baş verir ki, vətən sevgisi və ermənilərə  qarşı üsyankar nifrət onda elə həmin anlardan yaranmışdır. Atası, anası gözləri qarşısında erməni qəsbkarlarına baş əymədikləri üçün yandırılaraq öldürülür. Rəşad balaca olduğundan əli heç yerə çatmır. Ancaq fəryad edərək, öz uşaq dililə ermənilərə təpki verdiyi üçün ona da işgəncə verir, zülm edirlər. Rəşadın yaddaşına isə anasının son məqamında oğluna eşitdirdiyi söz qalır. "Oğlum, sən yaşa ki,  böyüyüb bu qisası yerdə qoymayarsan". Rəşadın qulağında səslənən bu fəryad daima onu qisasa yaxınlaşdırır və qəlbini qisas atəşilə   yandırır. Rəşad məqsədinə çatmaq üçün çox keşməkeşli həyat yolu keçir.

Bütün bunlar kitabda real olaraq onu tanıyanların dediklərində öz əksini tapır. Rəşad Rusiyada yaşayan dayısının himayəsinə verilir, Sankt- Peterbuqda əsgərlik xidməti keçir, hərbi akademiyanı bitirir... Və arzusunu reallaşdırmaq üçün Azərbaycana qayıdıb Qarabağ müharibəsində kəşfiyatçı kimi iştirak etmək istəyir. Hətta qayıdır da... Rəşad nümunəvi kəşfiyyatçı "Qartal" ləqəbli Orxan Əkbərovu axtarır. Ən böyük istəyi onunla görüşüb düşmənə qarşı qəlbindəkiləri ona danışmaq və nə etmək istədiyini ondan öyrənmək idi. Rəşad böyüdükcə onun qəlbindəki kin və nifrət də böyümüşdü, qisasa ünvan idi. Nəhayət, günün birində təsadüfən elə şərait yaranır ki, "Qartal" ləqəbli qəhrəman kəşfiyyatçı Orxan Əkbərovla  görüşə bilir. Kiçik yaşından ailəsinin başına gələnləri kəşfiyyat komandirinə danışır. İstəyi də bu olur ki, Qarabağın işğal olunmuş ərazilərinə keçərək ailəsini öldürmüş Ruben adlı erməni hərbi komandiri tapsın, qisasını alsın. Rəşad onu da qeyd edir ki, o erməni dilini yaxşı bilir. Rəşad başa düşürdü ki, qisas almaq üçün nümunəvi hərbçi   olmalıdır. Buna da nail olmuşdur... İlk baxışda kəşfiyyat komandiri "Qartal" Rəşada inanmaq istəməsə də, Rəşadın həyacanla hadisələri anlatması Orxan Əkbərovun qəlbində müsbətə doğru iz buraxır. Rəşad danışıqlarında özünü kəşfiyatçı kimi onunla çalışmağı arzu edirdi. İstəyirdi kəşfiyyatçı kimi  ermənilərin arxasına keçərək, düşmənin gizli planlarını üzə çıxarıb, məhv etsin. Və anasının son sözlərinə əməl edərək erməniləri diz çökdürsün, qisasını alsın. Onun ən böyük istəyi Ruben adlı erməni cəlladını tapıb ondan günahsız olaraq xüsusi amansızlıqla gözləri önündə qətlə yetirilən Azərbaycan vətəndaşlarının və ələlxüsus da anasının sön sözlərinə əsasən, qisasını almaq idi. Həm də istəyir ki, Rubeni tapıb oldürdükləri azərbaycanlılarla yanaşı, körpə qardaşı, atası, anasıə bibisinin çalaya gömüldüyü yeri öyrənib ziyarət etsin. Və desin ki, "bax, mən böyüdüm və gəlmişəm qisasınızı almağa".

Rəşad hələ girovluqda olanda ermənilərin gözündən yayınaraq, hərdən fürsət düşən kimi atası və anası gömülən yerə qaçıb çiçək dərib qoyur, özünə söz verirdi ki, "Mən ailəmin qisasını mütləq alacam".

O bunları "Qartal"a danışır. Onun bu yolda iddialı olmağı da "Qartal"ı axtarıb tapmasına zəmin yaradır.

Doğrudan da "qisas qiyamətə qalmaz" deyilən fikir düz imiş. Nəhayət, Rəşad Orxan Əkbərovun kəşfiyyatçı qrupuna daxil olur və bir çox əməliyyatlarda iştirak edir. Kəşfiyyat zamanı Rəşad ilk fürsətdə Rubeni tapır. O Rubeni tapanda görür ki, bu mənfur qaniçən tamamilə qocalmış və əldən düşmüşdür.

XXX 

Onu da qeyd edim ki, Rəşadın erməni adı və soyadı ilə Rusiya pasportu olduğundan və erməni himayəsində yetişdiyindən murdarların dilini yaxşı bilir, onun erməni olduğuna heç şübhə etmirlər.

Rəşad Rubenlə görüşəndə illər önçə olanları xatırlatma edərək onun yadına salır. Müəllif əsərdə bunları yerli- yataqlı və peşəkarlıqla təsvir edir. Mənə elə gəlir Ruben Rəşadı erməni olduğunu hesab etdiyi üçün onun suallarına olduğu kimi cavab veririr. Hətta azərbaycanlı girov və əsirlərə necə işğəncə verdiyini həvəslə nəql edir. Ancaq danışdıqca bir şeyə təəssüflənir ki, o balaca "dələduz" uşaq əlindən necə çıxdı. Və Rəşada deyir ki, "O balacanı öldürmədim ona görə ki, bacımın uşağı böyrək xərçəngindən əziyyət çəkirdi...". Demək, erməni o uşağın böyrəklərini bacısı uşağına köçürtməli imiş... Bu üzdən onu öldürməyiblər...(Buda bir bəxtdir... taledir ki, Allah öz pənahında saxlayıb.).

Beləcə, Rəşadın Rubenlə danışığı böyrək köçürtmək söhbətinə çatanda o əsəblərini cilovlaya bilmir. Rubenin boğazından tutub sürüyə- sürüyə həmin məzarların doğru olduğu yerə gətirir və deyir ki, öldürə bilmədiyin o uşaq qarşındadır, indi dur gedək öldürdüyün günahsızların basdırıldığı yerə. Səsi boğazında ilişib qalan Ruben xırıltı ilə danışır, imdad diləyir. Və Rəşad Rubeni həmin qəbirlərin üstündə diz çökdürüb: "İndi de ki, mənim qanım sizə halaldır, əliyalın, köməksiz insanlar, mən sizi insanlığa yaraşmayan zülm ilə öldürdüm... De... De... De... Əclaf...".

Vəziyyətin ciddiliyini görən Ruben bu dəfə "yazıqlaşan" erməni hiyləsindən istifadə edərək, Azərbaycan dilində yalvarmağa başlayır:

" - Məni bağışla, öldürmə qoca adamam, biz qonşuyuq, vaxtilə azərbaycanlılarla dost olmuşuq... Bizləri Koçaryan, Ohanyan, Sarkisyan kimi əclaflar yoldan çıxartdılar, məcbur etdilər, bizi sizlərlə düşmən elədilər...

Rəşad: -Səsini kəs, yaramaz qoca... Sizlər Xocalıda törətdiklərinizi unutdunuzmu? Biz unutmadıq...".

XXX 

Bəli, bütün bu törədilmiş vəhşilikləri unutmadığımız üçün Azərbaycan xalqı yumruq kimi birləşərək, müsəlləh əsgərə çevrilib qələbə qazandı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Vətən sevgisi, yurd həsrəti necə olur. Azərbaycanın 44 günlük Zəfər müharibəsi qəhrəmanları ilə dillərdə dastan oldu.

Əsərdə bir epizod məni çox təsirləndirdi, həm də qürurlandırdı. Müəyyən fasilədən sonra N saylı hərbi hissələrdən birində döyüşlərə möhkəm hazırlıq gedir. Düşmən gülləsi dolu kimi yağır, onlar mühasirəyə düşürlər. Hücum planına isə kəşfiyyat komandir Orxan Əkbərov rəhbərlik edirdi... Hələlik sakitlik idi. Əsgərlər komandirin ətrafında toplanmışdılar... Hər kəs xoş əhval- ruhiyyədə olsa da, düşüncəli görünürdülər. Çünki aralarında oğul- uşaq sahibi olanlar da var. Nədənsə Polkovnik- leytenant Orxan Əkbərovun əsgərlərindən birini xəyal lap uzaqlara, məktəb illərinə aparmışdı. O bir hadisəni danışır: Müəllimin verdiyi tapşırığa əsasən sərbəst inşa olaraq müharibədə döyüşən atalar haqqında inşaa yazmaq tələb olunur. Müəllim hər kəsin yazısını özlərinə oxudaraq fikrini öyrənir... Növbə şagirdlərdən birinə çatanda o inşaanı  yazmadığını deyir...  Səbəbini öyrənməyə çalışan müəllim çox təəsirlənir. Başını aşağı salan şagird müəlliminə deyir ki, yaza bilmədim, çünki mənim atam yoxdur, ermənilər öldürüb... Bu xatirəni kəşfiyyata gedən əsgərindən eşidən "Qartal" xəyaldan ayılaraq, əsgərlərini toplayıb əmr verir ki, ailəsi, uşaqları olanlar döyüş meydanını tərk etsin, subaylar qalsın... Bu fikir əsgərlər tərəfindən birmənalı qarşılanmır və hər biri bu döyüşdə iştirak etmək istədiyini bildirir. Az keçmiş döyüş əmri verilir. Polkovnik Əkbərov önə keçərək əsgərlərə qəzəbli şəkildə yenidən əmr verir ki, ailəlilər mühasirədən çıxmaq üçün geriyə çıxsınlar... Komandirin əmrindən çıxmaq nə demək idi, əsgərlər çox gözəl başa düşürdülər. Bu döyüşdə humanist komandir istəmirdi ki, zamanında özü atasız böyüdüyü kimi himayəsində olan əsgərlərin balaları da atasız qalıb daima qəlbləri nisgilli olsun. Orxan Əkbərov həm də belə bir ürəyə, qəlbə sahib idi.

Bu və bunun kimi nümunələri əsərdə çox önə çəkmək olar. Çox təəssüflər olsun ki, bu döyüş və verilən əmr sonuncu olur. Polkovnik- leytenant Orxan Əkbərov Qarabağ uğrunda gedən döyüşlərdə öndə gedərək, qəhrəmancasına şəhid olur və Vətən torpağına tapşırılır. O, bu gün Azərbaycanın real qəhrəmanıdır- Vətən Müharibəsi Qəhrəmanıdır! Onun adı əbədiləşdirilərək hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır! Allah bütün şəhidlərimizə rəhmət eləsin...

XXX

Mənə elə gəlir ki, Asif MƏRZİLİ bu kitabı yazmaqla ağzına su alıb oturan qələm əhlinə yeni yol açdı. Qeyd edim ki, roman qələbəmizdən bəhs edən ilk əsərdir! Amma müharibədə şəhid olan və Milli Qəhrəman adını daşıyan vətən sevdalılarımız çoxdur. Onların hər biri bir əsərin, bir romanın qəhrəmanıdır!

Hörmətli qələm sahibi olan yazıçılar, qələminizi itiləyin və yazmağa başlayın ki, millətimizin döyüş rəşadətini dünyada tanıda bilək... Axı Azərbaycan xalqı təkcə 44 günlük Vətən savaşında üç mindən çox şəhid verib. Bu gün onların ruhları şaddır ki, doğrudan da "Qisas qiyamətə qalmadı"!

Mən elə düşünürəm ki, "Sonuncu əmr" romanı tarixi əsər olaraq məktəblərdə müasir Qarabağ tarixi kimi tədris edilməli və gənclərimizin şüur və təfəkkürünə həkk edilməlidir. Həkk edilməlidir ki, arxamızca gələn yeni nəsil ürəklə və qürurla "Qarabağ Azərbaycandır" desin! Bu gün ermənilər tərəfindən viran edilmiş Qarabağ torpağında yenidən abadlıq işləri aparılır. Azərbaycan prezidenti İlham Əliyev var qüvvəsi ilə çalışır ki, vaxti ilə elindən, obasından didərgin düşmüş insanlar öz ana torpaqlarına qayıtsınlar.

Qeyd: Tarixlər boyu "sonun əvvəli" ilə düşünənlər anlamalı idilər ki, vaxt gələcək "əvvəlin sonu" ilə də tarixin arxivinə gömüləcəklər...

Müəllifə daha böyük yaradıcılıq uğurları arzusu ilə:

Təranə Şəms,
Ədəbi tənqidçi, filoloq



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ