Bazar günü günü, 08 noyabr 2026
     

Elvin İlham oğlu Məlikov - FOTO

Image


Video görüntülərinə baxdım. Bir gün sonra hərbi xidmətə gedəcəkdi. Uşaqlıq dostlarıyla birgə keçirdiyi son gündən xəbərsizdi. O qədər sevincli idi ki. Hey gülürdü. Məsumca, uşaq kimi. Elə bil hamıdan xoşbəxt idi. Bu məsum uşaqlığın, uşaq məsumluğunun xoş­bəxt­liyini bağrına basmaq, qorumaq istə­yir­din. O isə xoşbəxtliyin özünü anlatdı bizə.

Məlikov Elvin İlham oğlu 2001-ci il martın 20-də anadan olub. Bakıda. 23 yaşı oldu bu il...

Cudoçuydu, qatıldığı yarışlarda mükafatlar alıb. Üzgüçülüklə məşğul olub. Gözəl rəsmlər çəkib. Atası İlham maşın ustasıydı. Dərslərini yaxşı oxuyar, həm də atasına kömək edərdi. Yaşından böyükdü Elvin.

Köhnə Günəşlidəki 24 nömrəli tam orta məktəbin məzunu idi. Yəqinki bu məktəb bundan sonra onun adını daşıyacaq. 

ADU-nun tələbəsi Əliyev Rəşad da 24 nömrəli məktəbin məzunudur: Parta yoldaşı, dost, qardaş olmuşuq. Mərd, səxavətli, elə saf idi. Yaşıdları əyləndiyi zaman o, ailəsinə kömək etmək haqda düşünürdü. Maşınları sevirdi. Saatlarla maşınlardan danışardı. Axı­rın­cı dəfə telefon söhbətimizdə artıq silah­lar­dan bəhs etdi. Mübariz İbrahimova sevgisi başqaydı. "Qardaşın burda Mübariz İbrahi­movun istifadə etdiyi silahla döyüşür. Onun intiqamını alacam" - dedi. Xəyalları vardı - ev, maşın almaq, sevgisinə qovuşmaq... Ali arzusuna - Müqəddəsliyə qovuşdu.

- Birlikdə böyümüşük. Ən maraqlı gün­lə­ri birlikdə yaşamışıq. Onunla mübahisə etməyə bir bəhanə tapmazdın. Qəlbi geniş, təmiz, sədaqətli, cəsur idi Elvin. Belə dostum olduğu üçün fəxr edirdim. İndi də fəxr edirəm. İstəyirəm onu hamı tanısın - bunları  Elçin Salamov söylədi.

Onu hamı tanıyır, ay Elçin. Onu Azər­bay­can torpağı tanıyır. Bu torpağın bir adı da indi Şəhid Elvin Məlikovdu. Polad, Nail, Mübariz, Əlyar, Əmrah, Tərlan, Xudayardı...

"Onun haqqında düşüncələrimi danışsam, bitməz... Hələ də yoxluğunu qəbul edə bilmirəm. Hər gün onu düşünürəm. Hərtərəfli idi" – deyən Murad Quliyevin bir fikri ağlıma işlədi: "O qədər saf, sadiq, məğrur, ləyaqətli idi ki. Şəhid adına layiq idi". 

Doğru deyirdi. Bu ada layiq olmaq da var. Onun üçün də bu ad   qürur yeriydi. 

Başqa bir dostu Neft və Sənaye Univer­sitetinin tələbəsi Nurlan Ağayev isə dedi ki, Elvin kimi dost, qardaş itirmək çox ağırdı. Onun necə olduğunu heç bir sözlə anlada bilmərəm. Xalqımız həmişə onunla fəxr edəcək. Ona nəsib oldu Şəhidlik zirvəsi. Kaş ki mənə də nəsib olaydı...

Bütün dostları, döyüş yoldaşları onun şəxsiyyətindən, igidliyindən, Vətən sevgisin­dən danışır, danışmaq istəyirdi. 

Elvin ali təhsilini başa vurmadan hərbi xidmətə yollandı. 

"Öncə vətənə borcumu yerinə yetir­mə­liyəm"- deyib anasına.

2019-cu ildə atasını itirirəndən az sonra gedir həqiqi hərbi xidmətə. "İmkan tapan kimi atasına kömək edirdi. Qazandığı pulu mənə verərdi. "Qazandığını özünə də xərclə" deyirdim. "Yox, bacılarımın təhsilinə gərək olar"deyirdi. Gözləri doldu İlhamə xanımın.- Amma hələ məktəbdə oxuyandan 20 yanvar, Xocalı faciəsi, Qarabağ haqda danışardı. Əsgər getməyə tələsirdi, elə bil ürəyinə dammışdı ki, müharibə olacaq. Deyirdi "torpaqları alma­ğa gedirəm, ana, fikir eləmə. Torpaq­larımız azad olsa, mənim də bir damcı payım olsa, ən xoşbəxt adam olaram". 

Ağcabədidən sonra həqiqi hərbi xidmətinə Cəlilabadda XTQ-də davam edib. Elə ilk günlərdən fərqlənib, komandiri "Elvin, əsl hərbiçisən. Snayperçisən, hərbidə qal" deyib. Sərrast atıcılığı ilə seçilib. Zəng edəndə valideynlərinə "komandirim məni saxlamaq istəyir"- söyləyib fəxrlə.  

Qarabağ savaşı başlayanda Ağcabədidə N saylı hərbi hissədən döyüş bölgəsinə -  Füzuliyə yollanır. Məsuliyyəti, atıcılığı, silahları idarə etmək bacarığı ilə tanınır Elvin. Sorağı özündən əvvəl çatmışdı hərbi hissəyə. "Əlləri qızıl, qızıl Elvin" deyirdilər.

Döyüş yoldaşı, Şəkidə müalicə alan Ziyanın dediyi kimi, "Elvin qızıl idi. Bizim "Qızıl Elvin"imiz. Fikri-zikri qələbə idi. O qədər mədəni, səmimi və qorxmaz idi ki. Hamımız əsgər idik, döyüşürdük. Amma o bir başqaydı. İndi də fikirləşirəm ki, elə bil ən yaxşıları seçirdi güllələr".  

2 oktyabr gecəsi...

Gecə yata bilmədim. Bacım da bizdə idi. "Nə olub?"- deyə sordu. Dedim ki, ürəyim ağırlaşdı, yandı elə bil. Su içdim, yanğım keç­mədi. Ürəyim yandı, yandı... Demə 3-də...- səsi qırıldı ananın. Kövrəldi İlhamə xanım.
 Ana­nın göz yaşını necə silmək olar? Ananın göz yaşından ağır nə olar ki? Çox ağırdı ana­ların göz yaşı. Elə ağırdı ki, bircə damçısında boğularsan. Bircə damcısından əzilərsən, xıncım-xıncım olarsan...

İndi İkinci Fəxri Xiyabanda uyuyan Elvin Məlikov "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Elvinin komandiri mayor Anar Quliyevin dedikləri: Əsgərim Elvindən çox danışa bilərəm. Hədsiz mədəni, qorxmaz idi. Ən önəmlisi, hamı kimi torpaqlarımızın azadlıq həsrətini çəkirdi. Məsuliyyətliydi. Ona baxanda qəhrəman Mehdi Hüseynzadəni xatırlayırdım. İmkan olan kimi gözəl rəsmlər çəkirdi.

Qaraxanbəyli uğrunda döyüşlərdə şəhid oldu. Düşmən yüksəkliklərdə yerləşmişdi. Biz hücuma keçməliydik. Elvin pulemyot manqasında döyüş yoldaşı İrapov İsmayılla Kayot silahını idarə edirdi. Silah ağır oldu­ğun­dan iki nəfər idarə edir. Kayot silahı çox önəm­lidir. Düşmən atəş yağdırırdı. Elvingil on­ları susdurmalıydı. Mən təxminən 50 m uzaqda idim. Elvingilin mövqeyinə mina atıldı. Mən onları səslədim "mövqeyi dəyişin" deyə. Ancaq ikinci atəş açıldı. Təsəvvür et­mir­siz, əsgərlərinin şəhid olma­ğını görmək necə ağırdır. Onlara tərəf atıldım. İnanmaq istəmirdim. İnanmırdım. Bir daha baxdım, nəbzlərini yoxladım... Çox üzücüdür. Doğmay­dı, saf idi. Əsl döyüşçü idi. Bilirdim ki, verilən tapşırığı tam, sonacan yerinə yetirəcək.

Mən bir zabit, döyüşçü kimi fəxr edirəm ki, elə əsgərim olub. Təkcə mən yox, bizim bö­lük­dən sağ qalan döyüşçülər hamısı fəxr edir. Onun doğmaları, yaxınları da fəxr edəcək həmişə. Nə qədər ki Elvin kimi cəsur oğul­la­rımız var, bu xalq başı uca olacaq, Azərbaycan heç vaxt əyilməyəcək heç bir düşmən önündə. 

Doğru deyir mayor Anar Quliyev. Başı bəlalı Azərbaycanımız   elə Elvin kimi oğul­la­rın igidliyi, cəsarəti, mərdliyi hesabına əsr­lər­di yaşayıb, yaşayır və yaşayacaq. Öz bü­töv­lüyünə qovuşur və qovuşacaq. 

Martın 20-də Elvin Məlikovlar ailəsinə taleyin bayram hədiyyəsi idi. Bu Novruzda isə O, Şəhid Elvini Xalqına hədiyyə etdi.

KAMALƏ ABİYEVA

P.S. Hərbi Xidmətdən əvvəl Optimalda işləyirdi Elvin. 2021-ci il martın 20-də 20 yaşı oldu. İş yoldaşları Şəhid Elvin Məlikovun 20 yaşını qeyd etdilər.

Bu il onun 24 yaşı qeyd olundu.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ